Cəlal 1-2 dəqiqə oynadığı Buxarestdən qələbə ilə qayıtdı

08:40 Bizimkilər 54
Cəlal 1-2 dəqiqə oynadığı Buxarestdən qələbə ilə qayıtdı

Rumıniya Superliqasında 16-cı turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə “Dinamo Buxarest”lə üz-üzə gəlib.

Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. “Petrolul”a qələbə gətirən qolu 45+12-ci dəqiqədə Dan N'Lundulu vurub.

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 89-cu dəqiqədə N'Lundulunun əvəzinə meydana daxil olub.

Xallarının sayını 30-a çatdıran "Petrolul" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. “Dinamo Buxarest” isə 33 xalla ikincidir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 18:10 Çək və bizə göndər!