Nəriman Axundzadəni yenə ehtiyatda saxlayan "Erzurumspor" uduzdu

02:10 Bizimkilər 40
Nəriman Axundzadəni yenə ehtiyatda saxlayan  "Erzurumspor" uduzdu

Türkiyə Superliqasında 12-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi "Erzurumspor" doğma meydanda "Göztepe"ni qəbul edib.

Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 70-ci dəqiqədə Efkan Bekiroğlu vurub.

Millimizin üzvü Nəriman Axundzadə oyuna ehtiyat oyunçular skamyasında başlayıb və görüşü meydandan kənarda izləyib.

Bu məğlubiyyətdən sonra xallarını 14-də saxlayan "Erzurumspor" turnir cədvəlinin 13-cü pilləsinə geriləyib. "Göztepe" isə 18 xalla 8-ci sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 20:00 Çək və bizə göndər!
22 Noyabr 07:20 Naxçıvan birinciliyi oldu