Mahir bir epizodla baş məşqçinin rəğbətini qazandı

20:20 Bizimkilər 93
Mahir bir epizodla baş məşqçinin rəğbətini qazandı

“Rakuv”un baş məşqçisi David Şvarqa Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxışından danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis ölkə çempionatının 15-ci turunda “Vidzev”ə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Mahirin meydandakı fəallığını xüsusi qeyd edib.

Şvarqa polşalı jurnalistlərə açıqlamasında bildirib:

“42-ci dəqiqədə Mahirin intensiv və fasiləsiz pressinq etdiyi bir epizod oldu. Bunu bütün stadion hiss etdi.

Mən “Rakuv”un stadionunda məhz belə atmosfer görmək istəyirəm. Azarkeşlər təkcə qələbələri, qolları və gözəl hücumları deyil, həm də müdafiədəki fədakarlığı qiymətləndirməli, komandanı irəliyə səsləməlidirlər”.

Mahir Emreli matça start heyətində başlayıb və görüşün 77-ci dəqiqəsində əvəzlənib.

“Rakuv” bu qələbədən turnir cədvəlində 13-cü pilləyə yüksəlib. Komandanın 15 oyundan sonra 15 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti