Azərbaycandan “Benfika”nın oyununa 3 nəfər gedəcək

02:10 Bizimkilər 41
Azərbaycandan “Benfika”nın oyununa 3 nəfər gedəcək

Azərbaycanlı FİFA referisi Kamal Umudlu UEFA-dan daha bir təyinat alıb.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, 0, UEFA Gənclər Liqasının Çempionlar yolunun üçüncü raundunda keçiriləcək “Dinamo” (Xorvatiya) – “Benfika” (Portuqaliya) oyununu idarə edəcək.

Kamal Umudluya Namiq Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə xorvatiyalı Filip Draqaşeviç yerinə yetirəcək.

Noyabrın 25-də Xorvatiyanın Zapreşiç şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 16:50 Çək və bizə göndər!