Ramil Şeydayevin çıxış etdiyi “Soçi” Rusiya Birinci Liqasının 18-ci turunda xal itkisi ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, komanda doğma meydanda Moskva “Veles”i ilə 2:2 hesablı heç-heçə edib.
Qonaqlar 66-cı dəqiyədək 2:0 hesabı ilə üstün olsa da, “Soçi” məğlubiyyətdən xilas olmağı bacarıb.
Şeydayev qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.
Bu nəticədən sonra “Soçi”nin qələbəsiz oyunlar seriyası dördə çatıb. “Veles” isə son altı qarşılaşmada cəmi bir dəfə qalib gəlib.
“Soçi” 19 oyundan topladığı 34 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Veles” isə 20 matçda 32 xal qazanaraq beşinci yerdədir.
