Polşa çempionatının 15-ci turunun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Rakov” öz meydanında “Vidzev”i 3:1 hesabı ilə məğlub edib.
Emreli oyuna start heyətində başlayıb və 77-ci dəqiqədə əvəzlənib.
“Rakov” hazırda 15 xalla 13-cü pillədə qərarlaşıb.
