Üç azərbaycanlı dünya çempionatına təyinat aldı

02:20 Bizimkilər 724
Üç azərbaycanlı dünya çempionatına təyinat aldı

Azərbaycanın FİFA referisi Elçin Məsiyev FİFA U-17 Dünya Çempionatının qrup mərhələsinin 3-cü turunda keçiriləcək Vyetnam - Mali oyununun baş hakimi olacaq.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Qətərdən olan Abdulhadi Alruyali, ehtiyat köməkçi hakim funksiyasını isə həmyerlisi Zahi Snaid Əlşammari yerinə yetirəcək.

Noyabrın 26-da Qətərin Doha şəhərindəki "Aspire Zone" kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 09:00 "Neftçi"dən yeni satış