“Mən bu klubu yaxşı tanıyıram, çox çətin yerdir, dərhal təzyiqlə üzləşirsən“

24 Noyabr 23:40 Bizimkilər 1 308
“Mən bu klubu yaxşı tanıyıram, çox çətin yerdir, dərhal təzyiqlə üzləşirsən“

“Mən deyərdim ki, “Bursaspor” futbol baxımından yox, futboldankənar amillərə görə çox çətin klubdur “.

Bu sözləri Sportinfo.az-a açıqlamasında FİFA meneceri Vaqif Heydərli deyib.

Beş il öncə Namiq Ələsgərovu “Neftçi“dən “Bursaspor”a aparan tanınmış agent bu camiəni yaxşı tanıdığını söyləyib:

“Onun transferindən bu klubu, Bursa camiəsini, azarkeşləri və orada baş verən prosesləri kifayət qədər yaxşı tanıyıram.

Namiqin vaxtında komandada olan baş məşqçini də tanıyıram, həmin dövrdə baş verənlərdən də xəbərdaram. Orada oynamaq, uğur qazanmaq asan deyil. Xüsusilə bizim futbolçular üçün bu, daha çətin ola bilər.

Çünki futboldan kənar elə detallar var ki, onlar da futbolçuya təsir göstərir.

Məsələn, bir məşqi zəif keçirsən, bundan narazılıq yaranır. Bir oyunda uğursuz çıxış edirsən, dərhal təzyiqlə üzləşirsən“.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 18:10 Çək və bizə göndər!