Albaniyada Super Liqanın 35-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” ilə qarşılaşıb
Hər iki azərbaycanlı start heyətdə meydana çıxıb. Vüsal fasilədə əvəzlənib.
90 dəqiqə meydanda olan Zamiq isə komandasının 2:0 hesablı qələbəsində pay sahibi olub. Belə ki, oyunda ilk qolu 17-ci dəqiqədə Zamiq vurub.
"Eqnatiya” 35 turdan sonra 57 xalla 3-cü, “Partizani” isə 45 xalla 5-ci pillədə qərarlaşıb.

