“Kayzerslautern” 1 aydan sonra Mahiri meydana qaytardı

09:20 Bizimkilər 97
“Kayzerslautern” 1 aydan sonra Mahiri meydana qaytardı

Almaniya ikinci Bundesliqasında 33-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geydiyi “Kayzerslautern” öz meydanında “Arminiya Bilfeld”i qəbul edib.

Son 3 turda xal qazana bilməyən Mahirin komandası bu görüşdə qələbə həsrətinə son qoyub.

Mahir də bu görüşün iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan Emreli 65-ci dəqiqədə Norman Bassettenin əvəzinə meydana çıxıb.

Bununla da təcrübəli forvard 4 turdan sonra meydana qayıdıb. Emreli sonuncu dəfə aprelin 4-də “Düsseldorf”la görüşdə forma geymişdi.

Bu qələbə sayəsində xallarının sayını 49-a çatdıran “Kayzerslautern” turnir cədvəlində 6-cı pilləyə yüksəlib.

“Kayzerslautern” - “Arminiya Bilfeld” 2:0
Qollar:
Ritter, 15-pen., Asta, 29


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti