Bolqarıstan çempionatında 33-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” səfərdə Plovdiv “Lokomotiv”inin qonağı olub.
Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Cəlal Hüseynov da bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz görüşü əvəzolunmadan keçirib. O, 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Hazırda “Arda” 45 xalla 7-ci, “Lokomotiv” isə 52 xalla 5-cidir.
“Lokomotiv” (Plovdiv) - “Arda” 2:0
Qollar: İdriz, 55, Zvarts 81

