Zamiq oynadı, komandası evdə “Dinamo”ya qələbə qazandı

04:00 Bizimkilər 98
Zamiq oynadı, komandası evdə “Dinamo”ya qələbə qazandı

Albaniya Super Liqasında 25-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" doğma meydanda Tirana "Dinamo"sunu qəbul edib.

Qarşılaşma evsahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Zamiq də bu görüşün iştirakçısı olub. Azərbaycan milli komnadasının müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

Xallarını 46-ya yüksəldən "Eqnatiya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti