Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatına növbəti matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, onun çıxış etdiyi "Motor" 22-ci turda "Piast Qlivitse"nin qonağı olub və qələbə qazanıb.
Dadaşov görüşün 71-ci dəqiqəsində - komandası hesabda 2:0 öndə olarkən meydana çıxıb.
"Motor" 22 oyundan sonra 27 xalla 12-ci pillədə qərarlaşıb.
"Piast Qlivitse" - "Motor" 1:2
Qollar: Mbaye Ndiaye, 3 (0:1), Karol Czubak, 59 (0:2), Leandro Sanca, 79 (1:2)

