Azərbaycan klubu bu transfer üçün ispanlardan təzminat alıbmı? - FOTOLAR

16:00 Bizimkilər 244
Azərbaycan klubu bu transfer üçün ispanlardan təzminat alıbmı? - FOTOLAR

İspaniyanın üçüncü liqa təmsilçisi "Kazaleqas" azərbaycanlı futbolçunu heyətinə qatıb.

Hüseyn Əhmədov karyerasını burada davam etdirəcək.

2007-ci il təvəllüdlü sağ cinah müdafiəçisi onlarla 1 illik müqaviləyə qol çəkib.

Əhmədov son olaraq II Liqa təmsilçisi olan "Dinamo"da çıxış edib. O, İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasının yetirməsidir.

19 yaşlı gənc 2023-cü ildən burada forma geyinib, həmçinin "Dinamo"nun heyətində U-16, U-17 və U-19 çempionatında özünü göstərib.

"Kazaleqas" III Liqada 22 turdan sonra 12 xalla 18 komanda arasında 17-ci pillədədir. "Dinamo" yetirməsinin keçidinə görə ispanlardan heç bir təzminat tələb eləməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti