Albaniyada ölkə çempionatının 9-cu turu keçirilir.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” doğma meydanda "Teuta" ilə qarşılaşıb.
Matç 1:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Zamiq 90+3-də meydana daxil olub.
“Eqnatiya” 18 xalla 2-ci pillədə qərarlaşıb.

