Rahil Məmmədov Polşada daha bir uğursuz oyun keçirdi

16 Fevral 2025 02:50 Bizimkilər 586
Rahil Məmmədov Polşada daha bir uğursuz oyun keçirdi

Polşa Ekstraklasasında 21-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" səfərdə "Qurnik Zabje”nin qonağı olub.

Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Rahil də bu qarşılaşmanın iştirakçısı olub. 29 yaşlı mərkəz müdafiəçisi oyuna start heyətində başlayıb və sona qədər meydanda olub.

Bu məğlubiyyətdən sonra 21 xalda qalan "Radomyak" 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?