Transfer qadağasının təfərrüatı - 18 futbolçunun pulunu verməyiblər

21 Yanvar 01:00 Bizimkilər 654
Transfer qadağasının təfərrüatı - 18 futbolçunun pulunu verməyiblər

“Hatayspor”a iki transfer dönəmində oyunçu almaq qadağasının qoyulmasının təfərrüatı açıqlanıb.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqa klubunda yeganə problem Azərbaycan millisinin hücumçusu Renat Dadaşov olmayıb.

Sən demə, hataylılar son 4 ildə düz 18 futbolçunun ödənişini etməyib və onlar FIFA-ya şikayət ediblər. Ancaq ali futbol qurumunun qərarında Dadaşov amilinin xüsusi yol oynadığı da bildirilib.

Doğrudur, “Hatayspor” millimizin üzvünə borcunu ödəyib. Ancaq bütün oyunçuların borcunu ödəmək üçün büdcəsi yoxdur.

Renat Dadaşov 2023-24 mövsümündə “Hatayspor”un formasını geyinib. 25 yaşlı hücumçu hazırda Türkiyənin 1-ci liqa komandası “Ankaragücü”nün şərəfini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi