Millimizin müdafiəçisi 90 dəqiqə oynadı, qazandı, 3-cü sıraya yerləşdilər

11 May 2023 02:30 Bizimkilər 1 594
Millimizin müdafiəçisi 90 dəqiqə oynadı, qazandı, 3-cü sıraya yerləşdilər

Cənubi Koreya çempionatında 12-ci turun görüşləri keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" doğma meydanda "Suvon"u qəbul edib.

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu oyunun iştirakçısı olub. 24 yaşlı müdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb.

Xallarını 21-ə yüksəldən "Tecon Xana Sitizen" 12 komanda arasında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM