Azərbaycanlı oyunçu İspaniyada hansı klubun formasını geyinəcək?

27 Aprel 2023 02:00 Bizimkilər 109 019
Azərbaycanlı oyunçu İspaniyada hansı klubun formasını geyinəcək?

İspaniyanın dördüncü liqasında mübarizə aparan "Marino de Luanko"nun forması geyinən Nazim Məmmədzadənin yeni mövsümə bu komandada başlayacağı dəqiq deyil.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, yarımmüdafiəçinin mövsüm başa çatdıqdan sonra böyük ehtimalla məxsus olduğu komandaya qayıdacaq.

Mənbənin iddiasına görə, Məmmədzadə "Moralo"ya dönəcək. Amma bu, bir halda baş verəcək.

Nazimin komandası beşinci liqadan dördüncü diviziona yüksəlmək üçün pley-off matçlarına çıxacaq.

Əgər "Moralo" dördüncü liqaya vəsiqə qazanarsa, azərbaycanlı futbolçunun müqavilə ilə məxsus olduğu komandaya dönüşü reallaşacaq.

Nazimin icarə əsasında formasını geyindiyi "Marino de Luanko" da 4-cü liqada çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM