Azərbaycanda bu idmançılar üçün təqaüd təsis edildi - Məbləğ açıqlandı

25 İyul 2024 20:20 Bizimkilər 668
Azərbaycanda bu idmançılar üçün təqaüd təsis edildi - Məbləğ açıqlandı

Prezident İlham Əliyev Azərbaycanın olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyinin artırılması haqqında Fərman imzalayıb.

Sportinfo.az xəbər verir ki, Fərmanda deyilir:

“1. Azərbaycanın paralimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi paralimpiya təqaüdü təsis olunsun və onun aylıq məbləği minimum aylıq əməkhaqqı məbləğinin 2 (iki) misli miqdarında müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüd Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

3. Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında müəyyən edilsin.

4. “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 594 (Cild I) 1-ci hissəsində “1300 (min üç yüz) manat məbləğində” sözləri “minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi