“Mübarizəmizi davam etdiririk” - Hikmət Hacıyev söylədi

22 İyul 2024 08:00 Bizimkilər 409
“Mübarizəmizi davam etdiririk” - Hikmət Hacıyev söylədi

“Biz COP29-la bağlı çox güclü dezinformasiya kampaniyası ilə üzləşmişik”.

Bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı söyləyib.

Azərbaycanın dezinformasiyanın hədəfi olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi əlavə edib:

“Lakin biz öz işimizə inanırıq və mübarizəmizi davam etdiririk. Biz bununla da qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə öz töhfəmizi vermiş oluruq. Gündəliyə əsasən işimizi həyata keçiririk. Biz ədalətli mövqeyimizə ədalətli dəstəyi də görürük”.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!