Cənubi Koreya çempionatında 36-cı turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Qanqvon”un qonağı olub.
Matç qonaqların qələbəsi ilə başa çatıb.
Krivotsyukun adı matçın iştirak ərizəsində yer almayıb.
Lixtenşteynlə oyundan əvvəl çənə nahiyəsində yaranmış iltihabi proses səbəbindən Antonun adı millinin heyətindən çıxarılmışdı.
Bu qələbə sayəsində xallarının sayını 56-ya çatdıran “Daejeon” turnir cədvəlində üçüncüdür.
“Qanqvon” - “Daejeon” 1:3
Qollar: Byeonq-Çan, 24 (1:0), Oliveira, 38 (1:1), Ludviqson, 53 (1:2), İşida, 84 (1:3)
