Kiprdə 10-cu turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi "Pafos" səfərdə "Omoniya Aradippou"nun qonağı olub.
Qarşılaşma "Pafos"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Murad Məmmədov görüşü meydandan kənarda izləyib.
Bu qələbədən sonra xallarının sayını 19-a çatdıran "Pafos" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
"Omoniya Aradippou" - Pafos" 1:2
Qollar: Anderson Silva, 29-avtoqol - Ken Sema, 17 Jonatas Noro, 27
