“Qarabağ”ın sahibi: “Yaxşı işlər görmək üçün kömək lazımdır"

11 Aprel 01:50 Bizimkilər 352
“Qarabağ”ın sahibi: “Yaxşı işlər görmək üçün kömək lazımdır"

"Hədəf növbəti mövsüm birinci yeri tutmaq və avrokuboka qatılmaqdır".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Estoniya çempionatında bürünc medal qazanan “Qarabağ” futzal klubunun sahibi Emin Munşiyev deyib.

O, çempionluq şanslarının da olduğunu söyləyib:

"Üçüncü yeri tutduq. Birinci də ola bilərdik.

Biz klubu götürəndə bir az gec oldu. Transfer dönəmi bağlanmışdı, yeni oyunçular ala bilmədik.

Azərbaycandan futzalçılar cəlb etmək, heyəti gücləndirmək fikrimiz var. Azərbaycan dövlətindən də kömək gözləyirik.

Öz həmvətənlərimizə burada dəstək oluruq. Estoniya kiçik ölkədir, bir az maddi problemlər ola bilər. Yaxşı işlər görmək üçün kömək lazımdır".

E.Munşiyev yarışda 8 kollektivin mübarizə apardığını diqqətə çatdırıb:

"Mayın 12-də Ümummilli Lider Heydər Əliyevin adına turnir keçirmək niyyətindəyik. Yarışa Latviya, Litva, Finlandiya və İsveçdən komandalar dəvət etmişik. Klublardan cavab gözləyirik".

Digər Xəbərlər
Xəbər Lenti