"O, “Qarabağ”ın ən yaxşı oyunçularından biri kimi bura dəvət edilmişdi, amma..."

28 Noyabr 2023 23:20 Bizimkilər 4 406
"O, “Qarabağ”ın ən yaxşı oyunçularından biri kimi bura dəvət edilmişdi, amma..."

İsveçdə “Yurqorden”in futbolçularının cari mövsümdəki çıxışlarını qiymətləndirərkən azərbaycanlı hücumçu Musa Qurbanlıya da yer verilib.

Sportinfo.az “SvenskaFans.com” portalına istinadən xəbər verir ki, millimizin forvardının özünü ən yaxşı tərəfdən göstərməməsi haqda yazıblar:

"Musa Qurbanlı avrokuboklarda komandaya kömək etmək məqsədi ilə, “Qarabağ”ın ən yaxşı oyunçularından biri kimi “Yurqorden”ə dəvət edilmişdi. Amma əslində, hər şey başqa cür oldu. Musa “Deqerfors”a qarşı həqiqətən yaxşı oyun keçirdi (4:1), bu oyunda İsveç çempionatındakı bütün qollarını və ötürmələrini (2+1) reallaşdırdı. Amma qalan oyunlarda liqa səviyyəsinə uyğun deyildi, itmiş hücumçu kimi idi. Ən azından bu mövsüm belə görünürdü.

Keçən ilki Azərbaycan Premyer Liqasının bombardiri gələn mövsüm “Yurqorden”in 9 nömrəsi olmaq istəyirsə, hələ çox iş görməlidir. Onun çoxlu şansları var idi, lakin məşqçilər onu əksər oyunlarda çox erkən əvəz etməli olurdular. Çünki o, sadəcə olaraq standartlara uyğun deyildi. Klubun idman direktoru Bosse Anderssonun vəziyyəti yüngülləşdirməsi üçün komandaya özünü sübut etmiş yeni hücumçu dəvət etməsi ehtimalı yüksəkdir".

Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 21:40 Arda “Real”da qalacaq
24 Fevral 20:30 Laçından GÖZƏL VİDEO
24 Fevral 19:30 Çək və bizə göndər!
24 Fevral 16:40 Nəhayət, o, getdi…