Bolqarıstanda ölkə çempionatında 17-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” evdə ÇSKA 1948 klubuna uduzub – 0:3.
Hüseynov 78-ci dəqiqədə meydana çıxıb.
Son dəqiqələrdə isə o, sarı vərəqə ilə cəzalandırılıb.“Arda” 28 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.