
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında mərkəzi oyuna çıxıb.
Sportinfo.az xəbər verir ki, 3-cü pillədə olan komanda10-cu turda lider "Hayduk"un qonağı olub.
Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Start heyətdə meydana çıxan Mahir 62-ci dəqiqədə əvəzlənib. O, 26-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Bu nəticədən sonra "Hayduk" 21 xalla liderliyini möhkəmləndirib. Bir oyun az keçirən "Dinamo" isə 16 xalla 3-cüdür.
"Hayduk" - "Dinamo" (Zaqreb) - 1:0
Qol: Emir Sahiti, 59