Mahir Emreliyə görə 2 milyon avro verən var yəni?

27 May 2023 13:40 Bizimkilər 1 333
Mahir Emreliyə görə 2 milyon avro verən var yəni?

Xorvatiyada gələn ay icarədən qayıdacaq "Dinamo"nun (Zaqreb) futbolçuları müzakirə edilərkən milli komandamızın hücumçusu Mahir Emreli də diqqət çəkib.

Sportinfo.az "Index.hr" portalına istinadən xəbər verir ki, xorvatiyalı həmkarlarımız "Konyaspor"un Emrelini transfer etmək istədiyini iddia edib:

"Ante Çaçiçin icarəyə göndərdiyi futbolçulardan biri də Mahir Emreli idi. Azərbaycanlı hücumçu daha çox oyun vaxtı qazanmaq istədiyi "Konyaspor"a yollandı.

Türkiyə klubu onu təxminən 2 milyon avroya transfer etmək imkanı var. O, doqquz matçda bir qol vurub və Türkiyə klubu onu transfer etmək istəyir”.

Azərbaycan millisinin hücumçusunun Xorvatiya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi hesablanıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu