“Neftçi” və “Sabah”ın daha bir potensial rəqibi açıqlandı

27 May 13:20 Bizimkilər 668
“Neftçi” və “Sabah”ın daha bir potensial rəqibi açıqlandı

“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində daha bir potensial rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, püşkatma zamanı səpələnmişlərdə yer alacaq “Neftçi”nin mümkün rəqibləri sırasına Lüksemburq təmsilçisi “Differdanj” da qoşulub.

Buna səbəb adıçəkilən komandanın ölkə kubokunu qazanması olub.

Səpələnməmişlərdə qərarlaşacaq “Sabah” və ya Azərbaycanın bu turnirdəki digər komandası (“Qəbələ” və ya “Zirə”) isə Yunanıstan klubu “Aris”lə qarşılaşa bilər.

Bir müddətdir mövqeyi qeyri-müəyyən olan salonikililərin püşkatmada səpələnmişlərdə olacağı dəqiqləşib.

İyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.

I təsnifat mərhələsi

Səpələnmişlər:

“Düdelanj” (Lüksemburq)

“Riqa” (Latviya)

“Maribor” (Sloveniya)

“Şkendiya” (Şimali Makedoniya)

“Linfild” (Şimali İrlandiya)

“Vaduts” (Lixtenşteyn)

“Dunayska” (Slovakiya)

“Dandolk” (İrlandiya)

“Alaşkert” (Ermənistan)

"Stuyeska" (Monteneqro)

“Şkupi” (Şimali Makedoniya)

"Sarayevo" (Bosniya və Herseqovina)

“Riqa” (Latviya)

“Tobol” (Qazaxıstan)

“B36 Torshavn” (Farer adaları)

“Drita” (Kosovo)

“Qzira Yunayted” (Malta)

“Levadiya” (Estoniya)

“Konnas” (Uels)

“HB Torshavn” (Farer adaları)

“Europa” (Cəbəllütariq)

“Domjale” (Sloveniya)

“Santa-Koloma” (Andorra)

“Proqres” (Lüksemburq)

"Dinamo" (Batumi, Gürcüstan)

Səpələnməmişlər:

“Torpedo” (Kutaisi, Gürcüstan)

“Vikinqur” (Reykyavik, İslandiya)

“Sent-Patriks” (İrlandiya)

“Vikinqur” (Farer adaları)

“Derri Siti” (İrlandiya)

“Makedoniya” (Şimali Makedoniya)

“Panevezis” (Litva)

“Honka” (Finlandiya)

“Baltsan” (Malta)

“Zimbru” (Moldova)

“Haka” (Finlandiya)

“Dila” (Gürcüstan)

“Birkirkara” (Malta)

“Qlentoran” (Şimali İrlandiya)

“Heqelmann” (Litva)

“İsloç (Belarus)

“Akureyri” (İslandiya)

“Eqnatia” (Albaniya)

“Penibont” (Uels)

“Xaverforduest Kaunti” (Uels)

“Meqpays” (Cəbəllütariq)

"Arsenal Tivat" (Monteneqro)

“Kosmos” (San-Marino)

Qeyri-müəyyənlər:

“İnter Eskaldes” (Andorra)

“Kruzaders” (Şimali İrlandiya)

“Payde” (Estoniya)

II təsnifat mərhələsi

Səpələnmişlər:

“Brügge” (Belçika)

“Gent” (Belçika)

PAOK (Yunanıstan)

“Makkabi (Təl-Əviv, İsrail)

“Viktoriya” (Çexiya)

“Budo-Qlimt” (Norveç)

“Lex” (Polşa)

“Hapoel” (Beer-Şeva, İsrail)

“Yurqarden” (İsveç)

APOEL (Nikosiya, Kipr)

“Beşiktaş” (Türkiyə)

“Riyeka” (Xorvatiya)

“Styaua” (Rumıniya)

“Legiya” (Polşa)

“Rusenborq” (Norveç)

“Spartak” (Trnava, Slovakiya)

“Omoniya” (Kipr)

“KuPS” (Finlandiya)

“Neftçi” (Azərbaycan)

“Osiyek” (Xorvatiya)

“Aris” (Saloniki, Yunanıstan)

Səpələnməmişlər:

“Lütsern” (İsveçrə)

“Beytar” (İsrail)

“Hammarbü” (İsveç)

“Kalmar” (İsveç)

“Kauno” (Litva)

“Poqon” (Polşa)

“Zalaeqerseq” (Macarıstan)

“Keçkemet” (Macarıstan)

“Sepsi” (Rumıniya)

“Boraç” (Bosniya və Herseqovina)

“Sabah” (Azərbaycan)

“Ordabasi” (Qazaxıstan)

“Aktobe” (Qazaxıstan)

“Çelye” (Sloveniya)

“Auda” (Latviya)

“Differdanj” (Lüksemburq)

Qeyri-müəyyən:

“Voyvodina” (Serbiya)

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu