“Sportinfo”nun əməkdaşı İstanbulda - Babalardan övladlara qalan miras: ÖZƏL VİDEO

24 May 2023 19:40 Bizimkilər 480
“Sportinfo”nun əməkdaşı İstanbulda - Babalardan övladlara qalan miras: ÖZƏL VİDEO

"Babalardan qalan miras" - Bu cümləni futbol klublarımızın sadiq fanatları tez-tez işlədir.

Amma əməldə bunu lazım olan səviyyədə görürükmü? Məncə, hamı razılaşar ki, görmürük

Bu gün "Neftçi"nin, "Qarabağ"ın sadiq fanatlarının övladlarına həmin sevgini ötürməsi oyunlara gətirməkdən o tərəfə keçmir.

Kimsə sevgisini aşıladığı hansısa başqa formalar da təqdim edə bilər. Etiraf edək ki, həmin kimsələrin sayı da çox azdır. İstisnalar isə qaydaları dəyişmir.

Amma qardaş ölkədə övladlara klub sevgisi sözün həqiqi mənasında babalardan ötürülən mirasdır. Bunu 3 İstanbul nəhəngindən biri olan "Beşiktaş"ın stadionu və muzeyinə olan turda iştirakım zamanı şahid oldum.

Əminəm ki, eynisi digər İstanbul nəhənglərində də yaşanır. Sadəcə mənə "qara qartallar"la bağlı mənzərəyə canlı şahid olmaq qismət oldu.

"Beşiktaş"ın muzeyinə və arenasına ziyarətə gələn heç bir valideyn tək deyildi. Hər biri yanında azyaşlı övlad(lar)ı ilə tarixi anları yaşayırdı/yaşadırdı.

Sevimli komandasının hər addımını övladına canlı izlədirdi, sevimli futbolçusunun hər addımının eynisini övladına göstərirdi.

Bəlkə də bir az dozanı aşırlar, radikal fanatizimə varırlar, amma ortada bir həqiqət dəqiqdir - Bu babalar öz sevgilərini övladlarına mümkün olan bütün formalarda miras qoymağa çalışırlar.

Bu tərbiyədə böyüyən uşaq sabah iş adamı olsa pulu ilə, yaxşı futbolçu olsa futbolu ilə sevgisi olan "Beşiktaş"ın yanında olacaq.

Maraqlı görüntülərə səhnə olan həmin anları sizə təqdim edirik.

Və ümid edirik ki, yaxın gələcəkdə bizim klubların da azarkeş babaları övladlarına klub sevgisini ən azı indikindən daha yaxşı formada miras qoya biləcəklər.

Əlbəttə, bunda ilk öncə klublarımızın daha peşəkar olması/ peşəkar addımlar atması mütləqdir.

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti