Azərbaycanlı hücumçu 4 dəqiqə meydanda oldu, qol vurdu, sevinmədi

23 May 2023 01:10 Bizimkilər 546
Azərbaycanlı hücumçu 4 dəqiqə meydanda oldu, qol vurdu, sevinmədi

Litva 1-ci Liqasında 10-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun çıxış etdiyi “Yonava” səfərdə “Vilnius”la qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Yonava"nın yeganə qolunu Nurlan Novruzov vurub.

90-cı dəqiqədə meydana daxil olan hücumçu 4 dəqiqə sonra fərqlənib. Bu, Novruzovun "Yonava"da ilk qoludur.

Bu nəticədən sonra “Yonava” 4 xalla sonuncu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!