“Həmin sənədi alan kimi “Beşiktaş“ oğlumla uzunmüddətli müqavilə imzalayacaq“

22 May 2023 14:40 Bizimkilər 2 256
“Həmin sənədi alan kimi “Beşiktaş“ oğlumla uzunmüddətli müqavilə imzalayacaq“

Azərbaycanlı yeniyetmə Furqan Musayev “Beşiktaş”ın akademiyasına cəlb edilib.

2022/2023 mövsümündə klubun idman məktəblərində uğurlu çıxışla diqqət çəkən 26 oyunçu akademiyaya götürülüb.

Onlar arasında həmyerlimiz də var. Bununla bağlı “Vodafon Park”da təşkil edilən tədbirdə futbolçularla görüş keçirilib.

Furqan Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının prezidenti Araz Musayevin oğludur.

Doqquzqat dünya, üçqat Avropa çempionu olan A.Musayev Sportinfo.az-a açıqlamasında oğlunun tezliklə İstanbul klubu ilə rəsmi müqavilə bağlayacağını bildirib:

“Furqan 1 ildən çoxdur oradadır. Bu müddətdə bir neçə seleksiya prosesinə cəlb olunub və hamısını uğurla keçib.

“Beşiktaş“ın məşqçiləri ondan çox razıdır və gələcəyinə böyük ümidlər bəsləyir. Onların bildirdiyinə görə, Furqan belə davam eləsə, güclü futbolçu olacaq.

Biz də əlimizdən gələn dəstəyi ona veririk. Türkiyənin müvafiq rəsmi dövlət qurumlarına müraciət etmişik.

«Oturum» izni almaq istəyirik. Həmin sənədi alan kimi “Beşiktaş“ Furqanla uzunmüddətli müqavilə imzalayacaq“.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!