"Qarabağ"ın tanışı qapısını millimizin forvardının üzünə "qapatdı" - VİDEO

22 May 2023 09:00 Bizimkilər 889
"Qarabağ"ın tanışı qapısını millimizin forvardının üzünə "qapatdı" - VİDEO

İsveçrə Superliqasında 34-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” səfərdə "Sürix"in qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu oyunun iştirakçısı olub. 24 yaşlı forvard 60-cı dəqiqədə meydana çıxıb.

34 turdan sonra 43 xal toplayan "Qrasshopper" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti