
Rusiya Premyer Liqasında 28-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Ayaz Quliyevlə İlya Sadıqovun formasını geyindiyi "Ximki" səfərdə "Axmat"ın qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycanlı oyunçular da bu görüşün iştirakçısı olunlar. Ayaz 46-cı, İlya isə 73-cü dəqiqədə meydana daxil olub.
28 turdan sonra 18 xal toplayan "Ximki" 16 komanda arasında turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.