
Cənubi Koreya çempionatında 14-cü turun matçları keçirilir.
Sportinfo.az xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" doğma meydanda "Daoqu" ilə üz-üzə gəlib.
Krivotsyukun komandası 0:1 hesabı ilə uduzub.
Start heyətində meydana çıxan Anton sonadək meydanda olub.
"Daejeon" hazırda 21 xalla 5-ci pillədə qərarlaşıb.