Millimizin futbolçusuı pley-offda oynayacaq - Erediviziyaya yüksəlmək üçün

21 May 2023 01:10 Bizimkilər 429
Millimizin futbolçusuı pley-offda oynayacaq - Erediviziyaya yüksəlmək üçün

Niderland I Liqasında mövsümə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” sonuncu - 38-ci turda “Yonq PSV” ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. Kökçü start heyətində meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

“Eyndhoven” mövsümü 58 xalla 8-ci yerdə başa vurub. Komanda bu nəticə ilə Erediviziyaya vəsiqə qazanmaq uğrunda pley-off oyunlarında iştirak edəcək. Milli üzvünün komandası 1/4 finalda “Almere Siti” ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti