Xankəndidə bu əməliyyat keçiriləcək - Türk general bunu da AÇIQLADI

20 May 2023 13:50 Bizimkilər 5 820
Xankəndidə bu əməliyyat keçiriləcək - Türk general bunu da AÇIQLADI

“Biz beynəlxalq hüquqdan doğan haqqa sahib olduğumuz üçün onların bu fəaliyyətinə anti-terror fəaliyyəti ilə cavab verməliyik.

Ondan sonra sülh anlaşmasının gətirdiyi şərtlərdə ərazi bütünlüyü üzərində tam nəzarəti təmin edəcəyik”,- deyə general-mayor Yücel Karauz deyib.

Erməni separatçı-terrorçularının növbəti dəfə qanunsuz silah-sursat daşımasının üzə çıxması ciddi faktdır. Xankəndi-Qeybalı-Xəlfəli istiqamətində separatçıların postlarının olması indiki məqamda narahatlıq yaradan məqam deyil.

Mümkündür ki, rəsmi Bakı separatçıların postlarının harada olduğunu yaxşı bilir. Yəni istənilən halda bu postlar rahatlıqla məhv edilə bilər.

Rusiya sülhməramlılarının bütün bunlara baxmayaraq separatçıları silahlandırmağa davam edəcəyi təqdirdə Azərbaycan Ordusu separatçıların postlarına zərbələr endirməli və bununla bir daha ciddiyyətini göstərməlidir.

Ümumiyyətlə, erməni separatçılarının tərk-silah edilməsi prosesi mütləq şəkildə başlamalıdır. Rusiya sülhməramlıları bunu etmək iqtidarında ya da istəyində deyilsə, Azərbaycan özü prosesi reallaşdırmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti