Ordumuzla bağlı MÜHÜM XƏBƏR VERİLDİ - VİDEO

20 May 2023 13:30 Bizimkilər 553
Ordumuzla bağlı MÜHÜM XƏBƏR VERİLDİ - VİDEO

2023-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri, hərbi hissə və bölmələrində silah, döyüş, eləcə də xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq, yay mövsümündə silah və texnikanın fasiləsiz, eləcə də dayanıqlı istismarını təmin etmək məqsədilə hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla texnikaya mövsümi qulluq göstərilib.

Silah və texnikanın yay istismar rejiminə keçidi ilə əlaqədar bölmələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün planlı şəkildə bütün zəruri tədbirlər həyata keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti