Nəsirli oynadı, komandası “Super”i darmadağın etdi - VİDEO

20 May 2023 03:00 Bizimkilər 887
Nəsirli oynadı, komandası “Super”i darmadağın etdi - VİDEO

Latviya çempionatında 12-ci turun matçları oynanılıb.

Sportinfo.az xəbər verir ki, Ramin Nəsirli və Nazim Həsənzadənin formasını geyindiyi "Dauqavpils" "Super Nova" ilə üz-üzə gəlib.

Futbolçularımızın komandası bu görüşdə 4:0 qalib gəlib.

Meydana start heyətində çıxan Ramin 59-cu dəqiqədə əvəzlənib. Nazim isə bu oyunun iştirakçısı olmayıb.

Müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.

"Dauqavpils" 9 xalla 8-ci pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM