Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Konyaspor"da növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu komandasının səfərdə "Alayaspor"a 3:0 hesabı ilə qalib gəldiyi Superliqanın XXXIV tur matçının iştirakçısı olub.
Meydana start heyətində çıxan forvard 64-cü dəqiqədə Mame Diufla əvəzlənib. O, oyunda olduğu müddət ərzində qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Bu qələbədən sonra xallarını 49-a çatdıran "Konyaspor" 6-cı pilləyə yüksəlib. 38 xalı olan "Alanyaspor" isə 10-cu sırada qalıb.
Müqavilə ilə "Dinamo"ya (Zaqreb) məxsus olan Mahir Emreli "Konyaspor"da icarə əsasında çıxış edir.

