UEFA Şotlandiya – Fransa qarşılaşmasını azərbaycanlılara etibar etdi

16 May 2023 19:20 Bizimkilər 757
UEFA Şotlandiya – Fransa qarşılaşmasını azərbaycanlılara etibar etdi

Azərbaycanlı hakim Elçin Məsiyev 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçiriləcək Avropa çempionatının final mərhələsi oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, FIFA referisi Şotlandiya - Fransa görüşündə ədaləti qoruyacaq.

Mayın 17-də baş tutacaq qarşılaşmada ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.

UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may - 2 iyun tarixlərində Macarıstanda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti