Millimizin müdafiəçisi əvəzləndi, komandası məğlub oldu - VİDEO

14 May 2023 14:00 Bizimkilər 761
Millimizin müdafiəçisi əvəzləndi, komandası məğlub oldu - VİDEO

Cənubi Koreya çempionatında 13-cü turun görüşləri keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Pohanq Stilers"in qonağı olub.

Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu oyunun iştirakçısı olub. 24 yaşlı müdafiəçi matça start heyətdə başlayıb və 70-ci dəqiqədə əvəzlənib.

13 turdan sonra 21 xal toplayan "Tecon Xana Sitizen" 12 komanda arasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM