İlham Əliyev: "Elə gənclər yetişdirmişik ki, dağı dağ üstə qoya bilər və bunu da etdilər"

13 May 2023 12:50 Bizimkilər 551
İlham Əliyev: "Elə gənclər yetişdirmişik ki, dağı dağ üstə qoya bilər və bunu da etdilər"

"Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır, öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır və biz bunu görürük, biz gəncləri belə yetişdiririk".

Bu barədə Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bildirib.

Dövlət başçısı deyib:

“Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər.

Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti