Mahir Emreli: "Rəhbərliklə görüşdüm və ortaq məxrəcə gəldik"

13 May 2023 12:40 Bizimkilər 4 154
Mahir Emreli: "Rəhbərliklə görüşdüm və ortaq məxrəcə gəldik"

"Konyaspor"da çıxış edən Mahir Emreli "CBC Sport" kanalına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı forvard Super Liqa klubuna keçidi haqda danışıb. M

illimizin hücumçusu "Konyaspor"da hər şeyin ürəyincə olduğunu bildirib:

"Son günlərdə bəzi reallıqları gördüm. Bundan sonra rəhbərliklə görüşdüm və ortaq məxrəcə gəldik.

Nəticədə "Konyaspor"a transferim gerçəkləşdi. Burada futbol baxımından hər şey ürəyimcədir.

Mənə xoş olan o oldu ki, tribunada Azərbaycan bayrağı asılıb. Bu gün də gedib görə bilərsiniz.

Bayrağın üzərində "Təşəkkürlər" yazılıb. Bu, mənim üçün çox özəl və dəyərli haldər.

Fikrimi tam olaraq qarşıdakı 5 oyuna yönəltmişəm. Sonda xeyirlisi nədirsə, o da olar".

"Konyaspor" Mahir Emrelini qış transfer pəncərəsi zamanı Zaqreb "Dinamo"sundan 6 aylıq icarəyə götürüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti