Emil bir hissə oynadı, heç-heçə etdilər - VİDEO

13 May 2023 08:30 Bizimkilər 612
Emil bir hissə oynadı, heç-heçə etdilər - VİDEO

Ukrayna Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin formasını geyindiyi "Aleksandriya" səfərdə "Dnepr-1"in qonağı olub.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Emil Mustafayev də bu görüşün iştirakçısı olub. 21 yaşlı yarımmüdafiəçi matçın 46-cı dəqiqəsində meydana daxil olub.

Xallarını 39-a yüksəldən "Aleksandriya" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM