Türkiyənin məşhur klubu azərbaycanlı futbolçunu sıralarına qatdı

13 May 2023 01:00 Bizimkilər 6 635
Türkiyənin məşhur klubu azərbaycanlı futbolçunu sıralarına qatdı

Azərbaycanlı yeniyetmə futbolçu Furkan Musayev Türkiyənin “Beşiktaş” klubunun akademiyasına cəlb edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, 2022/2023 mövsümündə klubun idman məktəblərində uğurlu çıxışla diqqət çəkən 26 oyunçu akademiyaya götürülüb. Onlar arasında Musayev də var.

Bununla bağlı “Vodafon Park”da təşkil edilən tədbirdə futbolçularla görüş keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM