"Maaşını azaldaq, 1 il də oyna" təklif etdilər, RAZILAŞMADI

12 May 2023 19:40 Bizimkilər 1 280
"Maaşını azaldaq, 1 il də oyna" təklif etdilər, RAZILAŞMADI

Dmitri Nazarov mövsümün sonunda "Ersgebirge"dən ayrılacaq.

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aue təmsilçisi ilə yayda başa çatan müqaviləsinin müddətini uzatmayacaq.

Nazarov 2016-cı ilin yayından "Ersgebirge"də çıxış edir. 33 yaşlı vinger bu mövsümdə III Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Yığmamızın eks üzvünün buradan getməyə qərar verməsinin arxasında klub rəhbərliyinin maaşını azaltmaq istəməsidir.

Onun yaşını, həmçinin fiziki durumunu əsas gətirən "Ersgebirge" təmsilçiləri Nazarova əvvəlki ilə müqayisədə iki dəfə aşağı məbləğ qarşılığında birillik müqavilə təklif edib.

Gələn sezon üstünlük gənclərə veriləcək və komanda iddialı olmayacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti