İlham Əliyev: "İkinci Qarabağ müharibəsindəki Zəfər Azərbaycan durduqca qalacaq"

12 May 2023 13:30 Bizimkilər 542
İlham Əliyev: "İkinci Qarabağ müharibəsindəki Zəfər Azərbaycan durduqca qalacaq"

"İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir.

Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə".

Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.

Dövlətimizin başçısı deyib ki, bu, qəhrəmanlıq dastanıdır, bu, misli görünməmiş qəhrəmanlıqdır. “İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi qabağa aparan məhz bu idi”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti