Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov Almaniyada klubunu dəyişib.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 32 yaşlı hücumçu Şimal-Şərq Regional Liqasında çıxış edən Berlin "Dinamo"suna transfer olunub.
Təcrübəli forvardın sabiq komandası ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.
Rüfət Dadaşov bunadək "Şalke"nin əvəzedici kollektivinin kapitanı olub. O, 2017/2018 mövsümündə "Dinamo"nun formasını geyinib.

