İsveçrə Superliqasında 32-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" doğma meydanda "Servett"i qəbul edib.
Matç 2:2 hesabı ilə yekunlaşıb. Oyuna start heyətində başlayan Renat 7-ci dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb.
Qarşılaşmanın 39-cu dəqiqəsində isə sarı vərəqə ilə cəzalandırılan millimizin üzvü fasilədən sonra əvəzlənib.
Qeyd edək ki, son iki matçda Renat ehtiyat oyunçular skamyasında qalıb və matçın gedişində meydana daxil olub.

